11:25 - 19.03.2021
19 mart, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
ABC.AZ-ın məlumatına görə, uçot dərəcəsi 6,25%, dəhlizin aşağı həddi 5,75%, yuxarı həddi isə 6,75% səviyyəsində saxlanılıb.
"Bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilib.
Aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir.
Stabilləşdirici amillər olan neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-tsiklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır" deyə Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunub.
Müəllif: Elmir Murad
31 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026