10:57 - 19.03.2021
19 mart, Fineko/abc.az. Azərbaycanda sabahdan Novruz tətili başlayır.
ABC.AZ-ın məlumatına görə, bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək.
Belə ki, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq.
Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart iş olmayacaq.