Qızıl cüzi ucuzlaşdı – Birja

10:03 - 19.03.2021


19 mart, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti $0,10 (0,01%) ucuzlaşaraq $1 732,40 ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə $0,23 (0,86%) azalaraq $26,13 satılıb.