Valyuta hərracında banklara $54,7 mln satılıb

12:34 - 18.03.2021


18 mart, Fineko/abc.az. 18 mart 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, martın 18 - də valyuta hərracında banklara $54,7 mln satılıb.

“Hərracda tələb 54,7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - məlumatda belə deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.