16:31 - 17.03.2021
17 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa məktub ünvanlayıb.
ABC.AZ xəbər verir ki, mətndə dövlət başçısı T.Baxı Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edir və ən xoş arzularını çatdırır.
"Keçirilmiş səsvermədə inamlı qələbəniz bütün Olimpiya ailəsi tərəfindən Sizə olan etimadın bariz göstəricisi, Olimpiya hərəkatının inkişafı, idmanın təşviqi sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir" - deyə İ.Əliyev qeyd edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026