11:12 - 17.03.2021
17 mart, Fineko/abc.az. 2021-ci ilin fevral ayında fərdi uçot sistemində sığortaedənlərin sayı 6 115 vahid və ya 0,4 faiz artaraq 1,64 milyon vahid təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
O qeyd edib ki, sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 542 vahid, fiziki şəxslər üzrə 4 944 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 629 vahid artıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026