16:20 - 16.03.2021
16 mart, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən iclasında tək tənqid olunan ərzaqın qiymətlərinin bahalaşması olmayıb.
ABC.AZ-ın məlumatına görə, deputat Fəzail Ağamalı Mərkəzi Bankın fəaliyyətini sərt tənqid edərək bildirib ki, yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, onun ailəsini dağıdan, evlərini, mülklərini əllərindən alan, müasir başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də yüksək faizli bu missiyanı davam etdirməkdədir.
"Cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı dərhal məhkəmənin hökmü ilə müsadirə olunur" - deyə deputat vurğulayıb.
31 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
30 Avqust 2026