Şəhid ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib – Əli Əsədov

11:53 - 16.03.2021


16 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında 2020-ci il üzrə görülmüş işlərlə bağlı hesabat verib.

ABC.AZ-ın məlumatına görə, hesabat zamanı Baş nazir şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin daim ölkə başçısının xüsusi nəzarəti altında olduğunu vurğulayıb.

O qeyd edib ki, həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident təqaüdünün məbləği artırılıb.

"44 günlük Vətən müharibəsində şəhid olan 2 881 nəfərin 2 695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib" - deyə Ə.Əsədov qeyd edib.