16:04 - 15.03.2021
15 mart, Fineko/abc.az. Azərbaycan Tibb Universitetinin birinci Müalicə işi fakültəsinin 6 qrupunda koronavirusa yoluxma halı aşkarlanıb və həmin qruplarda təhsil distant formaya keçirilib.
Universitetinin mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, ali məktəbdə yoluxma halı kütləvi deyil, hər qrupda 1-2 tələbə yoluxub.
Həmçinin qeyd olunub ki, ənənəvi formada dərslər keçilən bütün klinik bazalarda dezinfeksiya tədbirləri həyata keçirilir.