11:28 - 11.03.2021
11 mart, Fineko/abc.az. Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron çipinə daxil edilən elektron imza sertifikatlarının aktiviləşdirilməsinin ödənişsiz təşkili üçün layihə hazırlanıb.
ABC.AZ-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, məqsəd elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsidir. Hazırda layihənin razılaşdırılması üçün işlər davam etdirilir.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026