Xarici ölkələrdən idxal olunan quş ətinə qadağa - AQTA Gömrük Komitəsinə müraciət etdi

17:21 - 9.03.2021


9 mart, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əfqanıstan İslam Respublikasının Herat (Herat), İsveç Krallığının Halland (Halland) və Esterqotlandiya (Östergötland) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Əfqanıstan İslam Respublikasının Herat, İsveç Krallığının Halland və Esterqotlandiya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əfqanıstan İslam Respublikasından və İsveç Krallığından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.