Qızıl 2 dollardan çox bahalaşıb – Birja

10:09 - 24.02.2021


24 fevral, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,40 ABŞ dolları bahalaşaraq 1 808,30 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,13 dollar artaraq 27,88 dollara satılıb.