Sürət həddi aşağı salınan yollar – Siyahı

17:31 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

BNA-dan ABC.AZ-a verilən məlumata görə, buz bağlama ehtimalı nəzərə alınaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edilib.