10:26 - 18.02.2021
18 fevral, Fineko/abc.az. Bu ilin yanvarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,8 milyard manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2% azalma deməkdir.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri keçən ilin yanvar ayı ilə müqayisədə 8,0% azalaraq 3,7 milyard manata bərabər olub, onun 47,8%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 382,0 manat və ya 2020-ci ilin eyni ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026