16:20 - 17.02.2021
17 fevral, Fineko/abc.az. 2020-ci ildə ümumi dövlət satınalmalarının həcmi 6 milyard 567 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
O qeyd edib ki, bununla yanaşı müsabiqə əsasalı satınalmaların həcmi 3 milyard 500 milyon manat təşkil edib.
"2019-cu illə müqayisədə 2020-ci ildə ümumi dövlət satınalmalarının həcmi 847 milyon manat vəya 14,8%, o cümlədən müsabiqə əsasalı satınalmaların həcmi isə 832 milyon manat və ya 31,2% artıb" deyə M. Abbasbəyli qeyd edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026