15:09 - 17.02.2021
17 fevral, Fineko/abc.az. Azərbaycandan hava yolu ilə Gürcüstan, Türkiyə və Rusiyaya səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib.
ABC.AZ-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya haqqında sənəd təqdim etməlidir.
"Bununla yanaşı Rusiya və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin nəticəsi olmalıdır. Rusiya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur" deyə Xidmət rəisi bildirib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026