10:12 - 15.02.2021
15 fevral, Fineko/abc.az. Bazar ertəsi keçirilən ticarət zamanı, tələb proqnozlarının yaxşılaşdırılması fonunda, neftin etalon markalarının qiyməti yüksəlir.
Saat 9: 40-da, London ICE Futures birjasında keçirilən ticarətdə, Brent markalı neftin aprel fyuçersinin qiyməti barrel başına $1,19 (1,91%) – $63,62-ə yüksəldi. 12 fevralda keçirilən ticarətin nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti 1,29 (2,11%) – bir barelə $62,43-ə yüksəldi.
Saat 9: 40-da Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI markalı neftin mart fyuçersinin qiyməti $1,38 (2,32%) – barrel başına $60,85-ə yüksəldi. 12 fevralda keçirilən ticarətin nəticələrinə görə mart fyuçersinin qiyməti 1,23 (2,11%) – bir barelə 59,47 dollara yüksəldi.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 5,2%, WTI isə 4,6% bahalaşıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026