14:37 - 11.02.2021
11 fevral, Fineko/abc.az. Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayının 1-nə Sumqayıt şəhər əhalisi 346,5 min nəfər olub.
Bu göstəricilərə əsasən, Sumqayıt şəhərində 309,2 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.
Qeyd edək ki, bu rəqəm 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfər və ya 0,3 faiz artıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026