Dünya Bankı Azərbaycanla bağlı araşdırma hazırlayacaq

17:06 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Dünya Bankı Azərbaycan üzrə xüsusi iqtisadi və maliyyə araşdırmaları hazırlayacaq.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a Apa-ya verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın video-konfrans formatda görüşü zamanı bildirilib.

Görüşdə araşdırmalar üzrə əsas aspektlər diqqətə çatdırılıb və qeyd olunub ki, Bankın hazırlayacağı Ölkə İqtisadi Memorandumu, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı və Sistematik Ölkə Diaqnostikası  araşdırmaları prioritet inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək. Tərəflər qeyd olunan araşdırmaların hazırlanmasında İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.