Azad olunmuş ərazilərdə indiyədək minaya düşənlərin sayı açıqlandı

10:54 - 9.02.2021


9 fevral, Fineko/abc.az. Vətən Müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərə qanunsuz səfər edərək minaya düşən şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir.

10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.