16:15 - 3.02.2021
3 fevral, Fineko/abc.az. Ötən il paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 29,7 milyard manat təşkil edib.
ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalma deməkdir.
Sözügedən dövrdə sənaye məhsulunun 74,6 faizi mədənçıxarma, 22,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026