16:02 - 3.02.2021
3 fevral, Fineko/abc.az. 2020-ci ildə Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.
ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə paytaxt əhalisinə 4 milyard 315 milyon manatlıq ödənişli xidmətlər göstərilib.
Bu 2019-cu illə müqayisədə real ifadədə 29,6 faiz azalıb.
Ötən il hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 424,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 56,2 faizini təşkil edib.
Müəllif: Elmir Murad
10 Avqust 2026
10 Avqust 2026