Toy məclisi təşkil edən və qonaqlar saxlanılıb - Cərimələndilər

10:59 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Saatlı rayonunda yaşadığı evin həyətində toy keçirənlər müəyyən edilərək saxlanılıb.

DİN-dən ABC.AZ-a verilən məlumata görə, rayonun Bəylər kənd sakini B.Ağamirzəyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.