"AzerGold"un satdığı məhsullar 80% artıb – Əldə edilən vəsait 84% çoxalıb

11:39 - 2.02.2021


"AzerGold"un satdığı məhsullar 80% artıb – Əldə edilən vəsait 84% çoxalıb

2 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, Z.İbrahimov 2020-ci il ərzində ümumi dəyəri 1,6 mln. manat olan 1 275 ədəd məhsulun satışı həyata keçirildiyini qeyd edib.

Hesabat dövründə qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan "Azergold.gift" saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə, 2019-cu illə müqayisədə 80% daha çox məhsul satılıb, əldə edilən vəsait 84% artıb.

"QSC-nin fəaliyyətə başladığı dövrdə səmərəli fəaliyyətin təşkili məqsədi ilə cəlb edilmiş 148,4 mln. ABŞ dollar dəyərində kredit öhdəliyi, nəzərdə tutulduğundan bir il daha tez qaytarılıb. Kredit öhdəliklərinin 2020-ci ildə tamamilə ödənməsi sayəsində təqribən 2 mln. manat vəsaitə qənaət edilmiş və yerli banklarda 69,4 mln. dollar məbləğində kredit xətti Cəmiyyətin istifadəsi üçün ayrılıb" deyə Z.İbrahimov bildirib.

Müəllif: Elmir Murad