15:52 - 1.02.2021
1 fevral, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən plenar iclasında Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.
ABC.AZ-ın məlumatına görə, sənədlər aşağıdakılardır:
1. Azərbaycan Respublikasının diplomatik pasportu;
2. Azərbaycan Respublikasının xidməti pasportu;
3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.
4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
5. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda);
6. Dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə;
7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi;
8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.