Dekabrda qeyri-neft sektoru üzrə ixrac bu qədər olub - Hesabat

11:37 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. 2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 213,5 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayına istinadən xəbər verir ki, sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 31.4 faiz təşkil edib.

Bu da ötən dövrlə müqayisədə 23,1 faiz çoxdur. 2020-ci ilin dekabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 34,4 faiz, qeyri-yeyinti sektoru üzrə isə 65,6 faiz təşkil edib.