Azərbaycanın xaricə ixracını artırdığı məhsullar - Siyahı

11:36 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 milyon təşkil edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayına istinadən xəbər verir ki, sözügedən dövrdə pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon,  pambıq ipliyi ixracı 19 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı  24,7 milyon, çay ixracı 9,5 milyon ABŞ dollar olub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci il  ərzində meyvə-tərəvəz ixracı 0,3 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 34 faiz, şəkər ixracı 0,1, pambıq lifi ixracı 7,5 faiz artıb.

Müəllif: Elmir Murad