16:13 - 28.01.2021
28 yanvar, Fineko/abc.az. Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.
Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.
Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır. BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.
30 İyul 2026
29 İyul 2026