Nüfuzlu agentlikdən neftimizlə bağlı proqnoz – Hasilat tədricən artacaq

11:20 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. "S&P Global Ratings" reytinq agentliyi Azərbaycanın bu ilki neft hasilatı barədə proqnoz açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, nüfuzlu agentlik  2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatının 610 min barel olacağını bəyan edib.

Analitiklər hesab edir ki, bu isə 2020-ci ilin göstəricisinə uyğundur.

Proqnoz tipli hesabatda o da qeyd olunub ki, "OPEC+" razılaşmasının müddəti bitdikdən sonra Azərbaycanın neft hasilatı 2019-cu ildəki hasilata qayıdacaq.

Yəni hasilat 2019-cu ildəki 713 min barelədək tədricən artacaq.