15:58 - 21.01.2021
21 yanvar, Fineko/abc.az. Yanvarın 20-də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.
DİN-dən ABC.AZ-a verilən məlumata görə, postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.
Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026