Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı

11:16 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu gün mətbuat konfrası keçirərək bir sıra məqamlara toxunub.

ABC.AZ-ın məlunatına görə, V.Hüseynov 2020-ci ildə ölkəyə gələn əcnəbilərin sayında 4 dəfə azalma müşahidə edildiyini qeyd edib.

O bildirib ki, bu rəqəm 795 761 nəfərdir: “Dünənə olan statistikaya əsasən, ölkədə 118 409 nəfər əcnəbi yaşayır. Həmçinin daimi yaşamaq icazələrinin verilməsində 18 faiz azalma müşahidə edilib. İş icazələrinin verilməsində də 9 faiz azalma olub”.