15:41 - 13.01.2021
13 yanvar, Fineko/abc.az. Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarına yeni təyinat alıb.
ABC.AZ-ın Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokurorun müvafiq əmri ilə sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin olunub.
Qeyd edək ki, rayon prokurorunun köməkçisi vəzifəsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna görə ən sonuncu - 9-cu təsnifata aiddir.
30 İyul 2026
29 İyul 2026