16:18 - 12.01.2021
12 yanvar, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi evlər verib.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, onlardan 22 nəfərə Yevlax rayonunda yeni yaşayış binasından alınmış mənzillər təqdim edilib.
Bildirilib ki, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək. Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edildiyi qeyd olunub.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026