Qanunsuz işləyən kafe aşkarlandı – Sahibi 4 min manat cərimələndi

11:22 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Bakının Sabunçu rayonunda “Məcnun” kafesinin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi aşkar edilib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən obyektin fəaliyyəti dərhal dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi vətəndaş Firdovsi Quliyev və daha 8 müştəri saxlanılaraq ərazi üzrə Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər.

Kafenin sahibi F.Quliyev barəsində də İnzibati Protokol tərtib edilib və obyekt sahibi 4000 manat miqdarında cərimə olunub.