12:18 - 8.01.2021
8 yanvar, Fineko/abc.az. Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana gətirilən şampunun həcmi açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 20 milyon 724 min ABŞ dolları dəyərində 8 064 ton şampun idxal edib.
Ən çox şampun Azərbaycana Türkiyədən idxal olunub.
Belə ki, hesabat dövründə qonşu ölkədən Azərbaycana 7 milyon 531 min dollar dəyərində 4 178 ton şampun gətirilib.
İdxal bazarının ikinci pilləsində qərarlaşan Rusiyadan isə 4 milyon 113 min dollarlıq 1422 ton şampun tədarük olunub.
Azərbaycana üçüncü ən çox şampun ixrac edən ölkə isə Rumıniya olub. Sözügedən ölkədən Azərbaycana 5 milyon 553 min dollar dəyərində 1 250 ton şampun göndərilib.