11:57 - 23.02.2018
23 fevral, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi Xətai rayonunun yollarında təmir işləri aparır.
Agentliyin məlumatında deyilir ki, təmir işləri ilə əlaqədar olaraq, Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən ("Əhmədli" metro stansiyası) Babək prospektinə qədər olan istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Babək prospektindən metronun “Əhmədli” stansiyasına qədər əks istiqamətdə isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.