13 koronavirus xəstəsinə cinayət işi açıldı – Qaydaları pozub

11:13 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Dekabrın 29-da postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 6 693 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, eləcə də qaydaları pozan 2 396 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bununla belə müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən 7 taksi sürücüsü aşkar edilərək inzibati qaydada həbs edilib.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 13 nəfər aktiv COVİD-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.