On bir ayda 8 milyon dollardan çox dəyərdə çay ixrac edilib – Hesabat

11:08 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 8 milyon 536 min ABŞ dolları dəyərində 1 232.09 ton çay ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 0,5% artıb, həcmi isə 9,3% azalıb.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,07%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Müəllif: Elmir Murad