Ötən ay artan bank kartları - Siyahı

11:03 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Noyabrda sosial kartların sayı 1 min ədəd artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə sosial kartlar 3 milyon 425 min ədədə çatıb.

Bununla yanaşı əməkhaqqı kartlarının sayı da artıb. Belə ki, ötən ay bu kartlar 16 min ədəd artaraq 2 milyon 496 min ədədə, kredit kartlarının sayı isə 7 min ədəd artaraq 1 milyon 73 min ədədə çatıb.

Müəllif: Elmir Murad