14:43 - 23.12.2020
23 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda pandemiya dövründə ixtisarlar məsələsinə toxunub.
O deyib ki, özəl sektorda işçilərin ixtisarına yol verilməməsi üçün mütəmadi monitorinqlər həyata keçirilib. "Pandemiya dövründə dövlət orqanlarında çalışanların 80%-i işə çıxmasa da, onlara əməkhaqqıları ödənilib. Leqallaşan əmək müqavilələrinin sayı 12 % artıb” deyə nazir qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026