10:16 - 23.12.2020
23 dekabr, Fineko/abc.az. Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.
17 Avqust 2026
15 Avqust 2026