AzerGold Qarabağla bağlı müsabiqəyə başlayır

14:37 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Mərkəzi  "Qarabağ inciləri” mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini elan edir.

ABC.AZ-ın məlumatına görə, dizayn müsabiqəsi Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilən Qarabağa həsr edilib. Müsabiqə Qarabağımızın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir. 

Dizayn müsabiqəsi "Qarabağın qədim mədəni irsi”, "Qarabağın qədim tarixi”, "Qarabağın simvolları”, "Şanlı Ordumuzun zəfər yürüşü”, "Biz Qarabağa qayıdırıq”, "Əsirlikdən azad edilən abidələr” kimi mövzu istiqamətlərini əhatə edir.