Bu nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb – Hesabat

16:07 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 32,7 milyon ton təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istibadən xəbər verir ki, sözügedən dövrdə yük dövriyyəsi 7 milyard 731,2 milyon ton-kilometr olub.

Yüklərin 17 milyon 968,2 min tonu və ya 54,9 faizi avtomobil nəqliyyatı, 10 milyon 631,3 min tonu və ya 32,4 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 169,8 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,8 faizini və ya 6 milyon 821,8 min tonunu tranzit yüklər təşkil edib.

Müəllif: Elmir Murad