Bu sosial şəbəkə bağlanır – Detallar

12:40 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. “Twitter” “Periscope” tətbiqetmələrini 2021-ci ilin mart ayınadək ləğv edəcəyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkət bunu “Twitter” Live xüsusiyyətini istifadəyə vermək üçün həyata keçirəcək.

“Periscope”-un fəaliyyətinin mart ayında dayandırılacağı planlaşdırılsa da, şirkət bu gündən etibarən tətbiqetmələrdə yeni hesab qeydiyyatını dayandırır.

Müəllif: Elmir Murad