Peyvənd ixtiraçıları ilin adamı seçildilər

11:55 - 16.12.2020


16 dekabr, Fineko/abc.az. İngiltərənin nüfuzlu “Financial Times” nəşri ilin adamlarının adlarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə,  bu ilin adamları koronavirus əleyhinə peyvəndi ixtira edən, türk həkimlər - Uğur Şahin və Özlem Türeci cütlüyü olub.

Qeyd edək ki, Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanmışdı.