ABŞ-da da peyvəndin tətbiqinə başlanılıb – 3 milyon insana vurulacaq

10:20 - 11.12.2020


11 dekabr, Fineko/abc.az. ABŞ yeni növ koronavirusa qarşı peyvəndin tətbiq edilməsinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, Amerika yerli “Pfizer” və türk alim Uğur Şahinlə xanımı Özlem Türecinin ixtira etdiyi vaksininin satışı ilə məşğul olan “BioNTech”lə müqavilə imzalayıb.

Dekabrın sonunadək  ilkin mərhələdə 6, 4 milyon doza vaksin paylanacaq, 3 milyon vətəndaşa tətbiq ediləcək.

Qeyd edək ki, hazırda koronavorusa yoluxma və ölüm sayına görə ABŞ liderlik edir.