16:38 - 10.12.2020
10 dekabr, Fineko/abc.az. Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib.
ABC.AZ-ın məlumatına görə, bunu Zəfər Paradında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, artıq Azərbaycan əraziləri illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub.
"Şuşanın başındakı duman artıq dərdli deyil. Əsir xarıbülbül artıq azaddır və daha parlaq açacaq. Köndələn çayı artıq daha coşqun axacaq, Araz mahnısını daha yaxşı oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü çıxacaq. Arazı ayırdılar, qum ilə doyurdular. Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar. Ay Laçın, Can Laçın, mən sənə qurban Laçın! Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır” deyə Ərdoğan bildirib.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026