Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib - Prezident

14:56 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Bu gün qəhrəman xalq kimi bu bayramı qeyd edirik.

ABC.AZ xəbər verir ko, bunu Prezident İlham Əliyev bu gün keçirilən Zəfər paradında deyib.

O qeyd edib ki, Azərbaycan müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi: "Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir də baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.