Bu 44 günün hər günü bizim şanlı tariximizdir – İlham Əliyev

14:19 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Bakıda Zəfər paradı keçirilir.

ABC.AZ-ın məlumatına görə, paradda dövlət başçısı İlham Əliyev çıxış edərək bir sıra məsələlərə toxunub.

İ.Əliyev qeyd edib ki, Vətən Müharibəsinin ilk anlarından biz Türkiyənin dəstəyini hiss edirdik.

“Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt açıqlamaları Azərbaycan vətəndaşlarını sevindirib. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün yeni şəhərlər, qəsəbələr, kəndlər, yüksəkliklər işğaldan azad edilirdi”, - deyə dövlət başçısı bildirib.