16:43 - 9.12.2020
9 dekabr, Fineko/abc.az. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovla bağlı yeni xəbər var.
ABC.AZ-ın məlumatına görə, icra başçısı barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı məhkəməyə təqdimat verib.
Təqdimata Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026